<?xml version="1.0" encoding="UTF-8"?><song><title>Məhəbbətə malik deyiləmsə mən İL481</title>
<lyrics>[V1]
 Məhəbbətə malik deyiləmsə mən,
 Cingildəyən mis, səslənən sincəm.
 Mələk dilləriylə danışsam da mən,
 Yoxsa məhəbbətim, mən bir heçəm.

[C1]
   Yaşayır iman, ümid, məhəbbət,
   Qalacaqdır yalnız, yalnız məhəbbət.
   Məhəbbət tükənməz, məhəbbət ölməz,
   Məhəbbət öyünməz, haqsızlıq sevməz.

[V2]
 Dağları yerindən sarsıdacaq
 Güclü bir imana malikəmsə mən,
 Bədəni etsəm də atəşə təslim,
 Yoxsa məhəbbətim, mən bir heçəm.

[V3]
 Varımı paylayıb doyursam da mən,
 Bütün yoxsulları, fəqət, nə fayda?
 Yoxsa məhəbbətim, mən bir heçəm,
 Cingildəyən mis, səslənən sincəm.</lyrics>
<hymn_number>481</hymn_number>
</song>